Türkiyənin Hatay bölgəsində baş verən zəlzələdə həyatını itirən riyaziyyat müəllimi Musa Sarıhan, həyat yoldaşı Kübra Sarıhan və 2 və 5 yaşlı uşaqlarının cənazələri məmləkətləri Konyaya gətirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, il yarım əvvəl Konyaya riyaziyyat müəllimi olaraq göndərilən Musa Sarıhan məmur həyat yoldaşı Kübra Sarıhan, 2 yaşlı qızları Defne və 5 yaşlı oğulları Rüzgarla birlikdə Hatay şəhərinə köçüb.
Fevralın 6-da Kahramanmaraş Pazarcıkda, Odabaşı Məhəlləsində Kavaslı Prospektində 5 mərtəbəli binada baş verən 7,7 bal gücündə ilk zəlzələdə ailə üzvləri həyatını itirib.
Musa Sarıhan, həyat yoldaşı Kübra Sarıhan və uşaqları 2 yaşlı Defne və 5 yaşlı Rüzgarın cansız bədənləri Konyada qohumlarına təhvil verilib.
QAZİLER.AZ

