Divanın küncünə qısılıb qalan körpə Mikayıl belə xilas edildi - VİDEO

Divanın küncünə qısılıb qalan körpə Mikayıl belə xilas edildi - VİDEO backend

Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərin vurduğu dağıntılar altında qalaraq divanın küncünə qısılıb qalan 2 yaşlı Mikayıl sağ-salamat xilas edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki,  bölgədəki Gürsu Axtarış Qurtarma (GÜRAK) qrupu dağıntılardan səs eşidiblər.

Uzun müddət davam edən araşdırmalar nəticəsində 2 yaşlı körpə Mikayıl zəlzələdən 43 saat sonra Kahramanmaraş şəhər mərkəzində 4 mərtəbəli binanın birinci mərtəbəsindən çıxarılıb.

İki gecədir divanın küncünə sıxılıb qalmış halsız düşüb qalan körpənin olduğunu müəyyən edən qruplar ilkin tibbi yardım göstərildikdən sonra Mikayıl və ailəsini xəstəxanaya aparıb.

QAZİLER.AZ

 

 

 

Diaspora