42 saat sonra möcüzə QURTULUŞ

42 saat sonra möcüzə  QURTULUŞ backend

Zəlzələ baş verən Kahramanmaraşda 4 yaşlı uşaq 42 saatdan sonra xilas edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kahramanmaraşda zəlzələdə dağıntılar altında qalan 4 yaşlı Beyza adlı uşaq sağ-salamat çıxarılıb.

Xilasedicilər zəlzələnin 42-ci saatlarında Kahramanmaraşda Beyza adlı 4 yaşlı qızı dağıntılar altından sağ çıxarıblar.


Dağıntılar arasından əlləri ilə "çak" edən Beyza ilə xilasedici bir müddət söhbət edib.

Xilasedici kiçik qızdan bacısı və anasının harada olduğunu soruşub.

Beyza müalicə olunacağı xəstəxanaya aparılmaq üçün xərəkdə təcili yardımla yola salınıb.

QAZİLER.AZ

Diaspora