6 yaşlı qızı dağıntılar altından çıxaran yunan xilasedicilər göz yaşlarını saxlaya bilmədilər - VİDEO

6 yaşlı qızı dağıntılar altından çıxaran yunan xilasedicilər göz yaşlarını saxlaya bilmədilər -  VİDEO backend

Dəstək üçün Türkiyəyə gələn Yunanıstan axtarış-xilasetmə qrupu Hatayda dağıntılar altında qalan 6 yaşlı qızı xilas edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin 10 vilayətində baş verən zəlzələdə axtarış-xilasetmə işləri davam edir. Zəlzələnin ilk dəqiqələrində Türkiyənin beynəlxalq yardım çağırışından sonra bir çox ölkədən kömək gəlib.

Həmin ölkələrdən biri də Türkiyənin ilə dost münasibətdə olmayan qonşusu Yunanıstan olub. Zəlzələnin ilk anından yardım istəyini təkrarlayan Yunanıstan zəlzələ bölgəsinə özünün Xüsusi Fəlakət Bölməsi olan EMAK-ı göndərib.

Türkiyəyə gələn qrup Hatayda axtarış-xilasetmə işlərinə qatılmağa başlayıb.

Yunanıstan komandasının dağıntılar altından qızı xilas etdiyi anların görüntüləri sosial şəbəkədə paylaşılıb. Qeyd olunub ki, bir neçə dəqiqə əvvəl gənc qızı xilas etməyə çalışan Yunanıstan xilasediciləri uğur qazana bilməsə də, daha sonra onun 6 yaşlı bacısını sağ-salamat çıxara biliblər. Kadrlarda yunan xilasedicinin qızı yola saldıqdan  sonra ağladığı və ətrafdakılar tərəfindən alqışlandığı görünür.

QAZİLER.AZ

 

 

Diaspora