Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda 10 yaşlı qız 39 saat sonra dağıntılar altından sağ çıxıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kahramanmaraş mərkəzli zəlzələlər nəticəsində dağılan Hatayın İskenderun rayonunda 39 saat sonra yaralanan 10 yaşlı qız uşağı dağılmış yaşayış binasının dağıntıları altından çıxarılıb.
AFAD-ın koordinasiyasında GEA Humanitar Yardım Axtarış və Xilasetmə Dərnəyi qrupları tərəfindən aparılan xilasetmə işləri zamanı Suriya əsilli 10 yaşlı Ediba Elfaris dağıtılar altından çıxarılıb.
Təcili yardımla aparılan uşaq müalicə üçün xəstəxanaya yerləşdirilib.
Zəlzələdən 39 saat sonra dağıntılar altından çıxarılan Elfarisin anası və 2 bacısının daha əvvəl dağıntılar altından xilas edildiyi öyrənilib.
QAZİLER.AZ