Kilisdə dağıntılar altında kimsə qalmadı: 22 ölü

Kilisdə dağıntılar altında kimsə qalmadı: 22 ölü backend

Ticarət naziri Mehmet Muş Kahramanmaraş mərkəzli zəlzələnin vurduğu Kilisdə axtarış fəaliyyətlərinin sona çatdığını və dağıntılar altında heç kimin qalmadığını bildirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazir mehmet Muş Kilis valiliyində verdiyi açıqlamada genişmiqyaslı təbii fəlakətlə üz-üzə olduqlarını bildirib. Kilisdə baş verən zəlzələdə 466 nəfərin yaralandığını bildirən nazir: "Hazırda onlardan 30-u palatada, 14-ü isə reanimasiyadadır. Qalan vətəndaşlarımız evə buraxılıb. Kilisdə 22 nəfər ölüb.  Hazırda valiliğimizin koordinasiyasında zərərin qiymətləndirilməsi işləri aparılır. Aidiyyatı qurumlar tərəfindən 138 binaya ciddi ziyan dəydiyi, 119 binanın tamamilə dağıldığıi müəyyən edilib”, - deyə o bildirib.

QAZİLER.AZ

 

Diaspora