Pistorius Ukrayna üçün yeni "Gepard" zenit silahları vəd etdi

Pistorius Ukrayna üçün yeni "Gepard" zenit silahları vəd etdi backend

Ukrayna ordusu 2023-cü ilin fevral ayının sonuna kimi hava hücumundan müdafiə üçün daha da çox  raketlər alacaq. Bundan əlavə, Almaniya da tankları təhvil verəcək.

Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Onun sözlərinə görə, bu qərar onun prezident Vladimir Zelenski ilə görüşündən sonra verilib. Söhbət zamanı Ukraynaya əlavə silahların verilməsi müzakirə olunub.

Fevralın sonuna qədər Ukrayna hava hücumundan müdafiə üçün daha çox idarə olunan raketlər, həmçinin beş "Gepard" zenit tankı və daha beş "Badger" mühəndis tankı alacaq.

Bundan əlavə, Ukrayna mart ayında beş "Biber" tank körpüsü alacaq.

QAZİLER.AZ

Diaspora