Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.
O, bu barədə Apa-nın Türkiyədə zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşının sualına cavabında deyib.
Nazir bildirib ki, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan Türkiyəyə yardım göstərib.
Süleyman Soylu meşə yanğınları zamanı da Azərbaycanın göstərdiyi yardımın əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb və artıq fəaliyyətə başlayıb.