Episentri Kahramanmaraşda 7,7 bal gücündə zəlzələdən sonra xilasetmə işləri zamanı baş verən 7,6 bal gücündə zəlzələ canlı yayımda qeydə alınıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ilk zəlzələdən sonra xilasetmə işlər zamanı daha bir güclü zəlzələ baş verib.
AFAD tərəfindən 7,6 bal gücündə olduğu bildirilən zəlzələ Malatyadakı axtarış-xilasetmə işlərini yaxından izləyən "A Haber"in canlı yayımında qeydə alınıb.
Həmin tükürpədən anlar kameraya düşüb.