Malatyanın simvolu olan tarixi "Yeni Məscid" zəlzələyə davam gətirə bilmədi - VİDEO

Malatyanın simvolu olan tarixi "Yeni Məscid" zəlzələyə davam gətirə bilmədi - VİDEO backend

Ötən gecə mərkəzi Kahramanmaraşın Pazarcık rayonunda baş verən zəlzələdə tarixi məscidin zədələndiyi, günorta saatlarında mərkəzi Elbistan rayonunda baş verən zəlzələdə isə tamamilə dağıldığı məlum olub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, böyük dağıntılardan biri Malatyada olub.

Şəhərdə 49 vətəndaşın həlak olduğu, 550 nəfərin yaralandığı, 300 binanın dağıldığı bildiriilib.

Digər tərəfdən, ölən və yaralananların olduğu şəhərdə baş verən zəlzələdən tarixi Yeni Məscidin də zərər çəkdiyi qeyd olunub.

Təxminən 30 saniyə davam edən sarsıntı zamanı Malatyanın simvoluna çevrilən 123 illik məscidə ziyan dəyib.

100 ildən çox yaşı olan məscidə 24 yanvar 2020-ci ildə Elazığın Sivrice rayonunda baş verən 6,8 bal gücündə zəlzələdə ciddi ziyan dəymişdi.

Məscid 1894-cü il martın 3-də baş vermiş zəlzələdə dağılmış Hacı Yusif məscidinin yerində tikilmişdi.

Qəhrəmanmaraşın Elbistan rayonunda bu gün saat 13.24-də yenidən baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində vətəndaşlar arasında "Teze məscidi" olaraq da tanınan tarixi məscid tamamilə dağılıb.

QAZİLER,AZ

 

Diaspora