Fəlakətin içində kiçik sevinc - Körpə zəlzələdən 9 saat sonra dağıntılar altından xilas edilib

Fəlakətin içində kiçik sevinc - Körpə zəlzələdən 9 saat sonra dağıntılar altından xilas edilib backend

Türkiyədə baş verən zəlzələdən sonra axtarış-xilasetmə işləri zamanı xilasedicilər 9 saat sonra dağıntılar altından bir körpə çıxarıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Hatayın İskenderun rayonunda olduğu iddia edilən körpənin 9 saat sonra xilasedicilər tərəfindən dağıntılar altından xilas edildiyi görüntülənib.

Xilasedicilər və vətəndaşlar böyük sevinc yaşayıb.

Xatırladaq ki, episentri Türkiyənin Kahramanmaraşın Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələ 10 vilayətdə hiss olunub. 

QAZİLER.AZ

Diaspora