“Milli Müdafiə Nazirliyi də axtarış-xilasetmə qruplarının zəlzələ bölgəsinə çatdırılması üçün fəaliyyətə başlayıb. Türkiyə Silahlı Qüvvələrinin çoxlu sayda nəqliyyat təyyarəsi axtarış-xilasetmə qrupları və maşınları bölgəyə göndərilməyə başlayıb. Təcili yardım təyyarələri də yaradılan “hava yardımı dəhlizi”ndə iştirak edir”.
Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
O zəlzələ bölgəsindəki bəzi hava limanlarının uçuş-enmə zolağında çatların əmələ gəldiyini qeyd edib.
“Bununla belə, zəlzələ bölgəsinə ən qısa zamanda personal və materialların çatdırılması üçün səylər davam edir”, - deyə nazir vurğulayıb.
Akar həmçinin Türkiyə Silahlı Qüvvələrində şəhidlərin olduğunu bildirib.
“Təəssüf ki, 3 şəhidimiz, yaralılarımız var. Əlaqə saxlamağın mümkün olmadığı kadrlarımız barədə də məlumat almışıq. Hazırda dağıntılar altında qalan personalımızla əlaqə yaratmağa da çalışırıq”, - deyə nazir bildirib. (oxu.az)
Mənbə: Haber Global