Türkiyədə baş verən dəhşətli zəlzələnin yaratdığı dağıntılarla bağlı işlər davam edərkən canlı yayımda növbəti zəlzələdən sonra binanın çökdüyü görüntülənib.
Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkanlar olub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Adanada baş verən zəlzələdə daha bir bina dağılıb.
Episentri Kahramanmaraşın Pazarcık rayonu olan 7,7 bal gücündə zəlzələ ölkəmini silkələyib.
Hadisə yerindən canlı yayımda dağıntı üzərində işlər davam edərkən daha bir zəlzələnin baş verdiyi görülüb.
Böyük qorxunun yaşandığı bölgədə vətəndaşlar qaçmağa başlayarkən, bir binanın çökməsi kameralara əks olunub.
Qaziler.az həmin görüntüləri təqdim edir: