Bu gün səhər satlarında Türkiyədə meydana gələn dəhşətli zəlzələdən sonra Hatay ilə Reyhanlı arasındakı yolda çökmələr yaranıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 7,4 bal gücündə baş verən zəlzələdən sonra yolun yarıldığı və yolda olan avtomobillərin uçuruma düşdüyü görüntülənib.
Təbii fəlakətdən ən çox zərər çəkən vilayətlərdən biri də Hatay olub.
Böyük dağıntıların və dağılmaların yaşandığı şəhər döyüş bölgəsini xatırladır.
QAZİLER.AZ