Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb -  YENİLƏNİB backend

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

Qaziler.az xəbər verir ki, son məlumata görə, 5 434 nəfər həyatını itirib, 31 777 nəfər xəsarət alıb.

 

***

20.55

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

Qaziler.az xəbər verir ki, son məlumata görə, 4 544 nəfər həyatını itirib, 26 725 nəfər xəsarət alıb.

19.52

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

Apa xəbər verir ki, son məlumata görə, 3 703 nəfər həyatını itirib, 22 286 nəfər xəsarət alıb.

 

***

13:48

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.

Apa xəbər verir ki, son məlumata görə, 3432 nəfər həyatını itirib, 21 103 nəfər xəsarət alıb.

***

12:38

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.

Apa xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.

***

08.41

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb.

 

*****

Türkiyədə zəlzələdə ölənlərin sayı 1498 nəfər olub. 

Türkiyənin 10 vilayətini əhatə edən 7,7 bal gücündə zəlzələdə 1498 adam həyatını itirib, 8 533 nəfər isə yaralanıb.

Qaziler.az bildirir ki, bununla bağlı məlumatı Türkiyənin  Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

16.10

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. 

Qaziler.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda bildirilir ki, 10 əyalətdə təsirli olan 7,7 bal gücündə zəlzələdə ümumilikdə 114 nəfər həyatını itirib, 5385 nəfər yaralanıb, 2818 bina dağılıb.

AFAD-dan verilən açıqlamada bu gün yerli vaxtla saat 04:17-də Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal gücündə zəlzələ baş verdiyini xatırladaraq, zəlzələdən sonra saat 06.30-a qədər ən böyüyü 6,6 bal gücündə 42 artçı təkan meydana gəldiyi bildirilib.

 

14.12

Türkiyədə zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. 

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. 

“Bu gecə saat 04:17-də son bir əsrdə yaşadığımız, 1939-cu ildə baş verən Ərzincan zəlzələsindən sonra ən dəhşətli zəlzələni yaşadıq. Zəlzələnin ocağı Kahramanmaraşda 7,7 bal gücündə, yerin 7 kilometr dərinliyində baş verib. Zəlzələnin ağır nəticə verdiyi ərazilərdə dəstəklər davam edir. Əsas diqqətimiz insanların xilas edilməsidir”, - Ərdoğan bildirib. 

11.06

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.

 

09.01

Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

06:12

Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.

Məlumata görə, bölgədə təkrar təkanlar davam edir.

05:56

Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə dağıntılar var.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin hadisə yerlərindən canlı yayımı və sosial şəbəkələrdəki paylaşımlardan məlum olub.

Ölənlər və yaralananların olması istisna edilmir.  

Qeyd edək ki, şiddətli yeraltı təkanların Suriyada, Livanda və İsraildə də hiss edildiyi bildirilir. KİV-də Suriyanın şimalında da dağıntıların olması barədə məlumat yer alıb.

05:35

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Diaspora