Slavyansk sakinləri mümkün evakuasiyaya hazır olmalıdırlar - Şəhər meri

Slavyansk sakinləri mümkün evakuasiyaya hazır olmalıdırlar -  Şəhər meri backend

Hələlik vəziyyət stabildir, lakin biz müxtəlif ssenarilərə hazır olmalıyıq.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu Ukraynanın Donetsk vilayətinin Kramatorsk rayonu Slavyansk şəhərinin meri deyib.

Slavyansk meri bildirib ki, cəbhə xətti şəhərə yaxınlaşarsa, qəsəbə sakinləri təhlükəsiz yerə təxliyəyə hazır olmalıdırlar. O, bu barədə “Freedom” telekanalının efirində məlumat verib.

Onun qeyd etdiyi kimi, indi ruslar yaxın məsafədən Slavyansk, Kramatorsk, Drujkovkanı atəşə tutur.  Bu, mülki əhali üçün təhlükə yaradır.

QAZİLER.AZ

Diaspora