Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu: "Bu dağlarda 100-dən az terrorçu qalıb. 29 oktyabr 2023-cü ildə, yəni Cümhuriyyətin 100-cü ilində Türkiyə Əsrinə qədəm qoyduğumuz gün, bu ölkənin dağlarında bir nəfər də olsun terrorçu qalmayacaq. Onların bu ölkədə çəkdirdikləri yetər”- deyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu bu sözləri Çankırının Eldivan rayonunda tikintisi başa çatan hökumət sarayının açılışı zamanı deyib.
QAZİLER.AZ
