Tezliklə Ukrayna hərbçiləri Polşada "Leopard" tankları ilə təlimlərə başlayacaqlar.
Qaziler.az bildirir ki, bu barədə “Niezalezna” nəşri xəbər verir. Bunu cümə günü Kiyevdə Polşanın baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak bildirib.
"Ağır zirehli maşınlar Ukraynanı Rusiyanın təcavüzündən qorumaq üçün əsas əhəmiyyət kəsb edir. Bu barədə həmkarlarımız, "Leopard" tankları olan ölkələrin müdafiə nazirləri çıxış ediblər. Biz fevralın ortalarına qədər yekun bəyannaməni gözləyirik", - Blaşçak bildirib.
O xatırladıb ki, tankların Ukraynaya ötürülməsi prosesinin birinci mərhələsi Ukrayna hərbçilərinin təlimidir.
"Polşa artıq bu təlimə qoşulub, ukraynalı əsgərlər seçilib. Tezliklə ukraynalı əsgərlər "Leopard" tanklarında təlim keçəcəklər", - o deyib.
QAZİLER.AZ