Çeçenistan parlamenti Kadırovun vəzifəsinə rəsmi olaraq “Xalqın atası” titulunu əlavə etməyi təklif edib.
Çeçenistan parlamenti respublikanın konstitusiyasına dəyişiklik edilməsini və regionun rəhbəri Ramzan Kadırovun vəzifəsinə “Mexan Da” (xalqın atası) titulunun əlavə edilməsini təklif edib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya mətbuatı xəbər verir.
Qanun layihəsinə əsasən, region rəhbərinin səlahiyyətlərini müəyyən edən 63-cü maddəyə dəyişiklik etmək istəyirlər. Sənəddə deyilir: “Birinci abzas “Çeçenistan Respublikasının başçısı” sözlərindən sonra “Mehkan Da” sözləri əlavə edilsin. Nəşrin dəqiqləşdirmələrinə görə, bu ifadə çeçen dilində hərfi mənada “torpaq atası” kimi tərcümə olunsa da, “xalqın atası” mənasında işlənir.
QAZİLER.AZ