Kramatorska raket zərbəsi: faciə yerindən fotoreportaj

Kramatorska raket zərbəsi: faciə yerindən  fotoreportaj backend

Fevralın 2-nə keçən gecə Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində yaşayış binasını raket atəşinə tutub.

Zərbə nəticəsində ölənlər və onlarla yaralı var.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, rus işğalçıları "İskəndər"lərdən istifadə edərək, gecə  Kramatorska raket hücumu həyata keçiriblər. Düşmən raketi dörd mərtəbəli binaya düşüb.

Hadisə yerində xilasetmə əməliyyatına başlanılıb. Dağıntılar altında insanların olduğu bildirilir.

Ukrayna vaxtı ilə səhər saat 7:00-a olan məlumata görə, xilasedicilər üç nəfərin öldüyünü və iki nəfərin xilas edildiyini bildirib. Həmçinin 18 yaralının da olduğu məlumdur, onlardan 8-i xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko səhər saatlarında 22 nəfərin yaralandığını bildirib.

QAZİLER.AZ

 

Diaspora