Amerika Birləşmiş Ştatları bu həftənin sonunda Ukraynaya ilk dəfə olaraq uzaqmənzilli GLSDB raketlərinin daxil olacağı yeni hərbi yardım paketini elan edə bilər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna The Wall Street Journal-a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ABŞ-dan hərbi yardım paketinin rəsmi elanı cümə günü, fevralın 3-də baş tutacağı gözlənilir.
QAZİLER.AZ