“Ukroboronprom”un əməkdaşı olan Rusiya casusu saxlanıb

“Ukroboronprom”un əməkdaşı olan Rusiya casusu saxlanıb backend

Fevralın 1-də Ukrayna Təhlükəsizlik Xidməti “Ukroboronprom”un Rusiya hərbi kəşfiyyatı üçün işləyən əməkdaşını saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

Kiyevdə keçirilən xüsusi əməliyyat nəticəsində işğalçı ölkənin xeyrinə kəşfiyyat məlumatları toplamaq üçün Ukraynanın müdafiə şirkətində işə düzəlmək üçün düşmən tapşırığı alan rus agenti saxlanılıb.

Müəyyən edilib ki, həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin şərq və cənub cəbhələrindəki bölmələrinə verilən Ukrayna silahları haqqında gizli şəkildə məlumat toplayıb. Bundan başqa, o, Rusiyanın paytaxt Kiyevə endirdiyi raket zərbələrinin nəticələri ilə bağlı işğalçılar üçün “hesabat” hazırlayırmış. Bunun üçün o, şəxsən şəhəri gəzib və Ukrayna obyektlərinin atəşə tutulduqdan sonra görünütüsünü qeydə alıb.

O, topladığı məlumatları anonim messencerlər vasitəsilə Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq üzrə Baş İdarəsinin əməkdaşına ötürüb.

QAZİLER.AZ

Diaspora