Bu məbləğ tarixdə ən böyük xeyriyyə ianələrindən biri ola bilər.
Rusiyalı oliqarx Roman Abramoviç "Çelsi" futbol klubunun satışından əldə etdiyi gəlirdən 2,3 milyard funt-sterlinq Ukrayna üçün yaradılmış fonda bağışlayacaq. Lakin ilkin olaraq müvafiq qərar Avropa İttifaqı tərəfindən təsdiqlənməlidir.
Qaziler.az bildirir ki, bu barədə The Telegraph yazır.
Nəşr qeyd edir ki, tarixdə müharibə qurbanlarına verilən ən böyük xeyriyyə ianələrindən birinə çevriləcək bu məbləğ bir neçə həftə ərzində hələlik adı açıqlanmayan fonda köçürülə bilər.
QAZİLER.AZ