Saakaşvili reanimasiyaya yerləşdiriləcək

Saakaşvili reanimasiyaya yerləşdiriləcək backend

“Vivamed” klinikasında olan, məhbus həyatı yaşayan Gürcüstanın üçüncü prezidenti mixail Saakaşvili  reanimasiyaya köçürülür.

Qaziler.az bildirir ki, bu barədə müxalif “Mtavari” telekanalı xəbər verir.

Hazırda klinikadan bu məlumatın rəsmi təsdiqi yoxdur. "Vivamed" rəhbərliyinin sözlərinə görə, hazırda o, palatadadır.

Keçmiş prezidentin anası Giuli Alasania bildirib ki, gecə saatlarında Mixail Sakaşvili yenidən huşunu itirib və hərarəti 39-a yaxın yüksəlib. Onun sözlərinə görə, həkimlər təyinatı dəyişmək istəyirlər.

Saakaşviliyə bir neçə gün ərzində koronavirus diaqnozu qoyulub, sonra klinika reanimasiyaya keçməyə ehtiyac olmadığını və xəstəliyin yüngül formada olduğunu bildirmişdi.

"Mtavar"inin sözlərinə görə, yeni koronavirus testi neqativ çıxıb.

 

 

Diaspora