Sakinlərə ciddi xəbərdarlıq edildi
Türkiyədə hava şəraitinin dəyişməsi ilə bağlı ciddi xəbərdalıqlar verilir. Verilən xəbərə görə artıq bu gecədən başlayaraq Adana, Osmaniye, Hatay dairələri, Mersinin şərqi və Kahramanmaraşın cənub seqmentlərində güclü yerli leysan və arabir tufan şəklində olacağı gözlənilir.
1100-1200 metrdən yuxarı yüksək hissələrdə güclü qar yağacağı xəbəri verilib. Havaların kəskin dəyişməsi Türkiyənin bütün bölgələrində ciddi fəsadlara səbəb olub.
Bununla bağlı sakinlərə güclü yağışlarla yanaşı, sel, daşqın, şimşək çaxması, nəqliyyatın hərəkətində fasilələr, güclü külək, yüksək ərazilərdə buzlanma və şaxta kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq barədə xəbərdarlıq edilib.
QAZİLER.AZ