Rize ağ örpəyə büründü
Rizede mülayim hava birdən-birə soyumağa başlayıb. Dünən gecə saatlarından başlayaraq yağan qar şəhəri ağ örpəyə bürüyüb. Bəxş etdiyi gözəlliklə yanaşı özü ilə həm də problemlər gətirib.
Məşhur Kaçkar dağları və yaylalar ağ qara bürünüb. Yaylalara yağan qar yolu-izi bağlayıb. Verilən son məlumata görə Ayder Yaylasında qarın hündürlüyü ciddi fəsadlara vəfirib çıxarıb.
Əsasən turizm bölgəsi kimi tanınan Xandüzü yaylasında 60 sm, Çağrakayada 95 sm, Ovit Dayanda 70 sm-ə qədər çatıb
Xandüzü Yaylasında yağan güclü qar yollarda ciddi maneəyə səbəb olub. Bu arada yol polislərinin də işi çətinləşib. Beləki, polis əməkdaşları qar örtmüş yolu təmizləyərək yolda çarəsiz qalan 2 sürücüyə kömək ediblər.
Vətəndaşlara qarlı və yağmurlu havada imkan daxilində evdən çıxmamaq tövsiyyə olunub. Çünki güclü yağan qar ciddi problemlərə səbəb olub, yollarhə bağlanıb, həm də buzlayıb. Buzlu yolda isə avtomobillərin hərəkəti təhlükəlidir...
QAZİLER.AZ