PKK tərəfindən qaçırılan uşaqlar üçün HDP Diyarbəkir vilayət binası qarşısında keşik çəkən Ayşegül-Rauf Biçer cütlüyü 2021-ci ildə yenidən qovuşduqları oğulları Mustafanı evləndirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Diyarbekirdə terror təşkilatı PKK tərəfindən qaçırılan övladını tapmaq üçün HDP binası qarşısında keşik çəkən ailələrdən Ayşegül-Rauf Biçer cütlüyü 2021-ci ildə yenidən bir araya gəldikləri oğulları Mustafanı evləndirib.
Ana Ayşegül Biçer, “Uşağımı PKK və onun siyasi ayağı olan HDP-dən sökə-sökə aldım. Mürüvvətini gördüm. Rəbbim vunu mənə nəsib etdi. allah digər analara da nəsib etsin"- deyib.
QAZİLER.AZ