YUNESKO Komitəsi təcili olaraq Odessanın tarixi mərkəzini Ümumdünya İrs Siyahısına daxil edib.
Qaziler.az xəbər verir ki, bununla odessanın müstəsna universal dəyərini və onu qorumağın bütün bəşəriyyətin borcu olduğu bildirilir.
Şəhər təhlükədə olan dünya irsi siyahısına daxil edilib.
Siyahıya 50-dən çox obyekt, o cümlədən Rusiyanın zərbələri nəticəsində artıq zədələnmiş obyektlər daxildir.
Odessanın siyahıya əlavə edilməsi proseduru hərbi əməliyyatlara görə sürətləndirilib. Ukrayna prezidenti Vladimir Zelenski Odessanın bura namizədliyini 2022-ci ilin oktyabrında elan etmişdi.
QAZİLER.AZ