Kreml Ukraynanın daha da güclənməsindən qorxur və bunun acığını aciz qəzəblə dinc əhaliniyə qarşı terror törətməklə çıxır.
Bunu Qaziler.az-a Ukraynadan olan mənbə deyib.
Ukraynalı mənbə bildirib ki, Ukrayna ərazisinin kütləvi şəkildə atəşə tutulmasının digər səbəbi Ukrayna ordusuna “Leopard” və “Abrams” tanklarının verilməsi qərarı olub.
"2023-cü il yanvarın 25-nə keçən gecədən Rusiya ordusu Ukrayna şəhərlərinə hücuma başlayıb. Hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan 24 İran kamikadze pilotsuz təyyarəsinin gecə hücumu səhər saatlarında öz yerini raket zərbələrinə verib. Səhər saatlarında Kiyevin hava məkanında 20-yə yaxın müxtəlif tipli raket qeydə alınıb, xoşbəxtlikdən bütün hava hədəfləri məhv edilib. Raket qalıqlarının düşməsi nəticəsində 55 yaşlı kişi dünyasını dəyişib. Yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib. Mülki infrastruktura, şəxsi və çoxmərtəbəli binalara, avtomobillərə dəyən ziyan barədə məlumatlar var. Bunlar əsasən sınmış pəncərələr, zədələnmiş damlar və fasadlardır. Enerji obyektinə də ziyan dəyib. Rusiya qoşunları insanları işıqsız, rabitəsiz və susuz qoymaq üçün şəhərlərin infrastrukturuna məqsədyönlü hücumlar edir. Elektrik enerjisi ilə bağlı ən çətin vəziyyət hazırda Kiyev, Odessa və Vinnitsa vilayətlərindədir.
Hazırda Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin atılan 55 raketdən 47-ni (40 ədəd Kh-101 / Kh-555, 4 ədəd "Kalibr", 3 ədəd Kh-59) (2 ədəd - Kh-47) məhv etdiyi məlumdur. "Kinjal", 40 X-101 / X-555 ədəd, 9 ədəd "Kalibr", 4 X-59 ədəd), bu da atılan raketlərin 85,4% təşkil edir".
Ukraynalı mənbə qeyd edib ki, belə yüksək nəticə Ukrayna hərbçilərinin peşəkarlığı və Qərbin hava hücumundan müdafiə sistemlərinin təchizatı sayəsində əldə edilib.
"Ukrayna bir ilə yaxındır ki, dünyada bir nömrəli terrorçu ölkə olan Rusiya Federasiyasına qarşı terrorçu ölkəyə qarşı mərdliklə döyüşür. Bu müddət ərzində ukraynalılar çox əzab-əziyyət çəksələr də, sübut etdilər ki, heç kim cəzasız olaraq müstəqil ölkələrə hücum edib, onların ərazilərini əlindən ala bilməz", -deyə o bildirib.
QAZİLER.AZ