Ukraynadakı işğalçılara qarşı müharibədə daha bir idmançı həlak olub.
Qaziler.az bildirir ki, Ukrayna Milli MMA Federasiyasının məlumatına görə, məşhur ukraynalı MMA döyüşçüsü Eduard Kostritsa Baxmut yaxınlığındakı döyüşlərdə həlak olub.
Bildirilir ki, “Təhlükəli” ləqəbli 30 yaşlı idmançı yanvarın 23-də Donbasda döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Kostritsa Kiyevin "Feniks" döyüş klubunun yetirməsi idi. 2019-cu ildə Romada MMA üzrə Avropa çempionatının gümüş, 2021-ci ildə isə Praqada Eduard 52 kq çəki dərəcəsində qarışıq döyüş növləri üzrə Dünya Kubokunun qalibi olub.
QAZİLER.AZ