Yanvarın 25-də günorta saatlarında rus işğalçıları Xerson vilayətinin Berislav şəhərini atəşə tutaraq, ərzaq mağazasını vurublar. İki nəfər həlak olub, üç nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviçin öz Telegram kanalında məlumat verib.
"Günorta ruslar insanların sıx olduğu yeri qəsdən atəşə tutublar. Düşmən mərmiləri insanların olduğu yerli ərzaq mağazasına düşüb".
Onun sözlərinə görə, iki nəfər ölüb.
"Üç yerli sakin müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar tibb müəssisəsinə yerləşdiriliblər, həkimlər onlara lazımi köməklik göstərirlər", - Yanuşeviç əlavə edib.
QAZİLER.AZ