Avropa ölkələri Ukraynaya 80 "Leopard" tankı verməyi planlaşdırır.
Eyni zamanda, alman tankları martın sonuna qədər Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayacaq.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” “Spiegel”ə istinadən xəbər verir.
Alman nəşri qeyd edir ki, ümumilikdə Avropa Ukraynaya hər birində 40 ədəd müasir tanklardan ibarət iki batalyon göndərməyi planlaşdırır.
QAZİLER.AZ