Kadırovdan yeni həmlə: “NATO-nu məğlub etmək əzmindəyik”

Kadırovdan yeni həmlə:  “NATO-nu məğlub etmək əzmindəyik” backend

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov zabit Məhəmməd Toşayevin rəhbərlik etdiyi 96 saylı çeçen alayının əsgərlərinin Ukraynadakı xüsusi hərbi əməliyyatlar bölgəsinə getdiyini əks etdirən videoçarx yayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ramzan Kadırov rəsmi "Telegram" hesabında paylaşdığı videoda bunları yazıb: "Əziz qardaşımız zabit Məhəmməd Toşayevin komandanlığındakı Rusiya Silahlı Qüvvələrinin 96-cı alayının əsgərləri də qardaşlarına qoşulacaq. Əsgərlərimiz. Donbass və Ukraynada Rusiyanın maraqlarını qorumaq üçün öz vəzifələrini şərəflə yerinə yetirəcəklər”.

Birliyin bir çox döyüşçüləri üçün Rusiyanın xüsusi hərbi əməliyyatlar zonasına ilk səfər olmadığını qeyd edən Kadırov: “Onun döyüşçüləri silah arxasında gizlənərək dağıntı və ölüm gətirən NATO maşınını məğlub etmək əzmindədir", - qeyd edib.

QAZİLER.AZ

 

 

Diaspora