Ağrıda hərbi maşın aşıb: 2 şəhid

Ağrıda hərbi maşın aşıb:  2 şəhid backend

Türkiyənin Ağrı şəhərinin Doğubayazıt rayonunda hərbi maşının aşması nəticəsində ağır yaralanan 2 əsgər aparıldıqları xəstəxanada şəhid olub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə-İran sərhədində təhlükəsizlik divarının yerləşdiyi yolda axtarış işləri aparan hərbi avtomobil qar və buzlanma səbəbindən şarampole aşıb.

Ağır yaralanan 2 əsgər aparıldıqları Doğubayazıt Dövlət Xəstəxanasında şəhid olub.

Doğubayazıt Prokurorluğu hadisə ilə bağlı istintaq başladıb.

QAZİLER.AZ

Diaspora