Artıq bu yazın əvvəlində işğalçılar yeni böyük hücuma keçə bilərlər. Ukrayna kəşfiyyatı əmin edir ki, onlarda düşmənin hərəkətlərinin mümkün xarakterini təhlil etmək və müəyyən etmək üçün kifayət qədər məlumat var.
Qaziler.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bildirib. O, həmçinin qeyd edib ki, hər şey Donetsk və Luqansk istiqamətindəki vəziyyətdən asılı olacaq, çünki bunlar əlaqəli məsələlərdir.
Skibitskinin fikrincə, diqqəti yayındırmaq üçün manevrlər və zərbələr ola bilər, bu, işğalçıların Donetsk istiqamətində hesab etdikləri uğurun inkişafı ola bilər.
"Biz hansı qruplaşmanın olduğunu, onun tərkibini, hansı silahlarının olduğunu, hansı yaşayış məntəqələrində yerləşdiklərini bilirik. Narahat olmayın, vəziyyətə nəzarət edirik", - deyə o əlavə edib.
QAZİLER.AZ