Ukrayna hərbçiləri yarım saat ərzində Rusiyanın üç "Ka-52" helikopterini məhv edib

Ukrayna hərbçiləri yarım saat ərzində Rusiyanın üç "Ka-52" helikopterini məhv edib backend

Yanvarın 24-ü  gecə yarısında Ukrayna hərbçiləri Rusiyanın 3 Ka-52 helikopterini məhv edib.

Bunun üçün hərbçilərə cəmi 30 dəqiqə vaxt lazım olub.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir.

“2023-cü il yanvarın 24-də saat 00.00-dan 00.30-a qədər yarım saatlıq hava döyüşü zamanı Rusiyanın üç "Ka-52" hücum helikopteri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunları tərəfindən şərq istiqamətində məhv edilib" - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora