ABŞ Ukraynaya hücum silahları çatdırmasa... - Politoloq

ABŞ Ukraynaya hücum silahları çatdırmasa... - Politoloq backend

ABŞ Ukraynaya hücum silahları çatdırmasa, proseslər Kremlin leyhinə işləyə bilər.

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Rusiyanın Ukraynada apardığı müharibənin gedişi ilə bağlı deyib.

"Rusiya Ukraynada döyüşərək ordusunu komplektləşdirir və yeni ordu qurur. Ukraynanın şərqində Rusiyanın müəyyən üstünlüklər qazanması əsasən aparılan işin nəticəsidir. Göründüyü kimi, nə Rusiya ordusu dağılır, nə də Rus xalqı ayağa qalxır. Proses V. Putinin istədiyi kimi Rusiya cəmiyyəti tərəfindən davam edir.

ABŞ Ukraynaya hücum silahları çatdırmasa, proseslər Kremlin leyhinə işləyə bilər. ABŞ da silahları ünvanına gec çatdırır. Bu da Rusiyanın güclü müqaviməti ilə üzləşən Ukrayna əsgərlərinin döyüş qabiliyyətinə mənfi təsir edir. Ümumi götürdükdə Şərq Cəbhəsində təşəbbüs qismən Rusiyanın əlindədir. Ukraynada müdafiə xəttini var qüvvəsi ilə qoruyur. Ukraynanın hazırda aktiv hücum əməliyyatı yazda gözlənilir. Amma yaz ayına kimi Rusiyanın irəliləyişləri mümkündür.

Rusiya döyüşür və V. Putin üçün bu müharibə vətən deyil, şəxsi prinsipial məsələdir. Rus xalqı da bu prosesdə V. Putinə öz səssizliyi ilə dəstək verir. Ukraynada Rusiya tərəfindən döyüşən hər bir kəs bəşəriyyətə qarşı döyüşür", - politoloq bildirib.

QAZİLER.AZ

Diaspora