Türkiyənin Milli Müdafiə Nazirliyi polis bölməsinə hücum edən 3 terrorçunun öldürüldüyünü açıqlayıb.
Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Türk Silahlı Qüvvələri terrorçuların təqib və hücum cəhdlərinə cavab verməyə davam edir.
PKK/YPG terrorçularının Tel - Rıfatdan Öncüpınar Sərhəd Qoşunlarının məsuliyyət bölgəsinə çoxbarrelli raket hücumuna cavab olaraq daha 3 terrorçu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada: "Dünən Tel - Rifatdan Öncüpınar Sərhəd məntəqəmizə edilən xain hücumdan sonra özünümüdafiə atəşləri nəticəsində 6 terrorçu zərərsizləşdirilib. Bu gün daha 3 terrorçu zərərsizləşdirilib. Bölgədə zərərsizləşdirilən terrorçuların sayı 20-yə yüksəldi”- deyilir.
QAZİLER.AZ
