Ukraynanın Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı gizli məlumatlar toplamaq üçün Sumı vilayət hərbi idarəsinə işə düzəlmək istəyən rusiyalı agenti saxlayıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
“Çoxmərhələli xüsusi əməliyyat nəticəsində Sumıda vilayət hərbi idarəsinin müdafiə işləri departamentində işə düzəlmək üçün düşmən tapşırığı alan federal Təhlükəsizlik Xidmətinin agenti saxlanılıb”, - xüsusi xidmətdən bildirilib.
QAZİLER.AZ