Rusiyanın əvvəlki hiylələrini xatırlayırsınızsa...- Zurabaşvili

Rusiyanın əvvəlki hiylələrini xatırlayırsınızsa...- Zurabaşvili backend

Zurabişvili Rusiyaya birbaşa uçuşlara qarşı çıxıb və hökumətin mövqeyini “anlaşılmaz” adlandırıb.

Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, hakim partiya bir müddət bundan əvvəl bunun Rusiyada yaşayan gürcülər üçün yaxşı olacağını bildirmişdi.

Zurabişvilinin fikrincə isə,  belə mövqe Ukrayna ilə həmrəylik ifadə edən tərəfdaş ölkələrə qarşı “yumşaq desək, anlaşılmazdır”.

“Rusiyanın köhnə hiylələrindən nəsə xatırlayırsınızsa, başa düşməlisiniz ki, Kreml bizimlə Qərb tərəfdaşlarımız arasında bir növ parçalanma yaratmaq ümidi ilə bu cür mövzuları  vaxtaşırı gündəmə gətirəcək. Buna yol vermək olmaz!”, - deyə Gürcüstan prezidenti bildirib.

QAZİLER.AZ

Diaspora