Ərdoğandan "The Economist"ə SƏRT REAKSİYA

Ərdoğandan "The Economist"ə  SƏRT REAKSİYA backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərənin “The Economist” jurnalının Türkiyəni hədəf alan üz qabığına sərt reaksiya verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İngiltərənin “The Economist” jurnalı üz qabığında Türkiyə bayrağındakı aypara üzərində prezident Rəcəb Tayyib Ərdoğanın siluetini yerləşdirərək “Türkiyə fəlakətin astanasındadır” ifadəsini işlədib.

Prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra verdiyi açıqlamada jurnala sərt reaksiya bildirib.

Ərdoğan: "Türk media mənsubu olaraq "The Economist'in şərhinə "hə" deyirsinizmi? Türkiyənin taleyini ingilis dərgisi təyin edir? Mənim millətim nə deyirsə Türkiyədə o olur. Türkiyənin taleyini ingilis dərgisi təyin edə bilməz", - deyə sərt reaksiya verib.

QAZİLER.AZ

 

Diaspora