Rusiyalı iş adamı Yevgeni Priqojinə məxsus “Vaqner Qrupu” bütün dünyada, o cümlədən Afrika və Yaxın Şərqdə hərbiləşdirilmiş fəaliyyətlə məşğul olur və Ukraynada cəbhədə getdikcə fəallaşır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “Politico” nəşrinə istinadən xəbər verir.
ABŞ-ın rəsmi açıqlamasına görə, son bir il ərzində "Vaqner" qrupu mədən mənfəətinin təxminən 1 milyard dollara qədər arta biləcəyi Mərkəzi Afrika Respublikasında fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib. Bu pulun qrup tərəfindən yeni silahlar almaq üçün istifadə olunacağı ehtimal edilir.
QAZİLER.AZ