İllərdir müqəddəs torpağa getmək arzusunda olan 63 yaşlı Güldeste Özdemir ibadətindən sonra evə qayıdarkən təyyarədə infarkt keçirib.
Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, müdaxilələrə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
Qadın Məkkəyə, Həcc ziyarətinə həyat yoldaşı Feyzullahla gedib.
Müqəddəs torpağı ziyarət edən Özdemir 15 günlük ümrədən sonra evə qayıtmaq üçün təyyarəyə minib.
15 yanvar 2023-cü ildə geri qayıdan Güldeste Özdemirin Misir səmasında halı pisləşib.
Təyyarə marşrutunu dəyişərək Şarm Əl-Şeyx hava limanına məcburi eniş edib.
İnfarkt keçirdiyi təsbit edilən yaşlı qadını müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
QAZİLER.AZ