Kadırov deputat Sobolevin saqqallı əsgərlər haqqında dediklərini "təxribat" adlandırıb.
Qaziler.az gazeta.ru-ya istinadən bildirir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram-kanalında müdafiə komitəsinin deputatı, general-leytenant Viktor Sobolevin əsgərlərə saqqal saxlamağın qadağan olunması ilə bağlı sözlərinə münasibət bildirib.
“Sobolev kimin və nəyə görə saqqal saxladığını yaxşı bilir. Ona görə də mən ciddi şəkildə əminəm ki, bu, açıq-aşkar təxribatdır. Uca Allah yolunda müqəddəs döyüşdə olan və sevimli Peyğəmbərimizin etdiyi kimi Uca Allah üçün saqqal saxlayan əsgərlərin döyüş ruhunuı söndürməyə hesablanıb”, - Kadırov deyib.
QAZİLER.AZ