“Onlar hazır olduqlarını nə qədər tez göstərsələr, hər şey bir o qədər tez bitəcək”, - Kremlin açıqlamasında deyilir.
Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə növbəti dəfə ölkəsinin mövqeyi barədə danışıb.
Peskov vurğulayıb ki, Rusiyanın tələbləri nə qədər tez qəbul edilərsə, müharibə bir o qədər tez bitəcək.
"Ukrayna rejimi rusiya və Putinin var olduğunu və var olacağını, gec ya tez rusiya əleyhinə hər şeydən vaz keçmək məcburiyyətində qalacağını nə qədər tez anlarsa Ukrayna üçün yaxşı olar", - deyə Peskov deyib.
QAZİLER.AZ