Zelenski təhlükəsizliyindən narahat olmadığını bildirib

Zelenski təhlükəsizliyindən narahat olmadığını bildirib backend

Ukrayna prezidenti Vladimir Zelenski şəxsi təhlükəsizliyindən narahat olmadığını bildirib.

Qaziler.az bildirir ki, bu barədə Reuters xəbər verir.

Ukrayna lideri bu sözləri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı sualları cavablandırarkən deyib.

Sual yanvarın 18-də Kiyev vilayətinin Bravarı şəhərində helikopter qəzasında həlak olan Ukraynanın daxili işlər naziri Denis Monastırskinin və bir sıra rəsmilərin ölümü ilə bağlı xəbərlərlə əlaqədar verilib.

QAZİLER.AZ

Diaspora