Ukraynada müharibə daha da ciddi mərhələyə keçib,
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadı deyib.
Fevral və mart ayı həlledici mərhələ olacağını proqnozlaşdıran politoloq bunları deyib:"Ukraynanın şərqində Rusiya müəyyən qədər təşəbbüsü ələ alıb. Müharibə daha da ciddi mərhələyə keçib, Ukrayna qoşunları şərq cəbhəsində çətinliklə üzləşir. Ukraynanın hücuma keçməməsi əsasən, Qərbdən vəd edilən silahların vaxtında çatdırılmamasıdır. Fevral və mart ayı həlledici mərhələ olacaq.
ABŞ və Avropa ölkələri uzaq vuran artilleriya və raket sistemlərini, Patriotları vaxtında təhvil verməsə Rusiyanın irəliləyişləri qaçılmaz olacaq. Baxmut və Soledarda döyüşlər göstərdi ki, Ukraynanın müdafiədə olması onun çətin vəziyyətə salır. ABŞ prosesdə təşəbbüsü ələ almasa Rusiya müharibənin bir illiyində irəliləyişlərə nail olacaq. Bu da müharibənin davam etməsidir.
Rusiya prezidenti Vladimir Putin qəti şəkildə müharibədən geri çəkilməyəcək. ABŞ yeni silahları fevral ayında Ukraynaya çatdıracaq. Və gələn ay Ukraynanın əks-hücumları gözlənilir. Amma, Rusiya da boş oturmur və əks-hücumların qarşısını almaq üçün dayanmadan hücumlar təşkil edir. Ukraynanın şərq cəbhəsində ağır döyüşlərində hansı tərəfin qalib olması isə, mart ayında aydın olacaq. Rusiya Ukraynanı bir dövlət kimi yox etməyə çalışır. Rusiyanın cəbhədə təşəbbüsləri müvəqqətidir və Ukraynanın əks-hücumları ilə ordunun komplektləşdirilməsi çətin olacaq".
QAZİLER.AZ