Rusiyada əsgər Dmitri Perov zərərsizləşdirilib.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bundan əvvəl o, müharibədə iştirak etdiyi Ukraynadan silahla qaçıb.
Bu barədə Lipetsk vilayəti hökumətinin mətbuat xidməti xəbər verir.
"Hərbi hissəni icazəsiz tərk etdiyinə görə axtarışda olan Dmitri Perov aşkar edilərək zərərsizləşdirilib. Vəziyyət hüquq-mühafizə orqanlarının nəzarətindədir", - vilayət hökumətinin bəyanatında deyilir.
Yerli Teleqram kanalları Perovun həbs zamanı müqavimət göstərdiyini iddia edir.
QAZİLER.AZ