Gürcüstanlı nazir Aİ səfirinin Saakaşvili haqda dediklərinə cavab verdi

Gürcüstanlı nazir Aİ səfirinin Saakaşvili haqda dediklərinə cavab verdi backend

Gürcüstanın mədəniyyət və idman naziri, baş nazirin müavini Teya Tsulukiani Aİ səfirinin həbsdə olan üçüncü prezident Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətlə bağlı dediklərini əsassız adlandırıb.

Qaziler.az newsgeorgia.ge-yə istinadən bildirir ki, Pavel Qerçinski jurnalistlərə müsahibəsində hökuməti Mixail Saakaşvili də daxil olmaqla bütün məhbusların hüquqlarına hörmət etməyə çağırıb və onun səhhətinin pisləşməsi ilə bağlı xəbərlərdən narahatlığını bildirib.

Tsulukiani cavabında deyib ki, Saakaşvili “iki otaqlı otaqda müstəsna rahat şəraitdə” saxlanılır və səfir öz bəyanatının əvəzinə Saakaşvilini “qeyri-məqbul davranışa son qoymağa” və həkimlər və penitensiar xidmətlə əməkdaşlığa çağırsa yaxşı olar.

QAZİLER.AZ

Diaspora