Təcili yardım işçiləri aksiya keçirdi - Tələbləri sərtdir

Təcili yardım işçiləri aksiya keçirdi - Tələbləri sərtdir backend

Maaşlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən təcili tibbi yardım xidmətinin həkimləri və sürücüləri növbəti dəfə aksiya keçiriblər.

Qaziler.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, aksiya Fövqəladə Halların Koordinasiya və Təcili Yardım Mərkəzinin binası önündə baş tutub. Aksiya iştirakçılarının sözlərinə görə, onların maaşı cüzi olduğundan bu ilin yanvar ayından həyata keçirilən əməkhaqqlarının 10%-lik artımı onların tələbatlarını ödəmir.

Aksiyada iştirak edən baş həkim Qiorqi Bostoğanaşvili deyib. Sitat: "Səhiyyə nazirinə, hökumətə müraciət edərək demək istəyirəm ki, indiki vəziyyət bizim üçün dözülməzdir. Aldığımız maaşla 5-6 nəfərlik ailəni dolandırmaq bizim üçün çox çətindir. Onlar bunu eşitməli və güzəştə getməlidirlər. Təcili yardım işçiləri daha çox maaş almaq üçün növbələrini artırırdılar, lakin rəhbərlik qəzəbləndiyini əsas gətirərək əlavə işləməyə qadağa qoydu. Yəni, əmək haqqının 10%-lik artımı əlavə iş günlərinin verilməməsi ilə əvəz olundu. Bu isə etirazlara səbəb oldu. Bu aksiyalarımız davam edəcək. Heç kim düşünməsin ki, nə isə insanları dayandıracaq”.

Gürcüstanın Səhiyyə Nazirliyi artıq məsələyə müdaxilə edib, danışıqlar başlayıb. Sosial şəbəkələrdə isə aksiyanın iştirakçılarının getdikcə artdığı deyilir.

QAZİLER.AZ

Diaspora